Sərnişin avtobusu qəzaya uğradı: ölən və yaralananlar var - FOTO

Qəzalar 7 Dekabr 2018 08:22 Oxunub 941
Sərnişin avtobusu qəzaya uğradı: ölən və yaralananlar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya səbəb sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub

Polşada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə yerli polisin "facebook"da yaydığı məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, hadisə zamanı sərnişin avtobusunda ümumilikdə 51 nəfər olub. Qəza zamanı onlarla insan xəsarət alıb. Onlardan 5-nin vəziyyəti ağırdır.  İlkin versiyaya görə, qəzaya səbəb sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub. Bundan sonra avtobus yoldan çıxıb və aşıb.

***02:16

Polşada sərnişin avtobusu qəzaya uğrayıb. Bu barədə "RİA Novosti" yerli polisə istinadən xəbər verir. Xəbərdə bildirilir ki, hadisə Aşağı Sileziya ərazisində baş verib. Belə ki, sərnişin avtobusu yoldan çıxaraq aşıb. Qəza zamanı 44 nəfər xəsarət alıb. Onlardan 14-nün yarasının ağır olduğu bildirilir. Hadisə zamanı daha 5 nəfər itkin düşüb. İtkinlərin axtarışına başlanılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh