Bakıda qadın sürücü bahalı avtomobillə ŞOK YAŞATDI - VİDEO

Avtoreyd 7 Dekabr 2018 11:25 Oxunub 4102
Bakıda qadın sürücü bahalı avtomobillə ŞOK YAŞATDI - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xanım sürücü əks yola çıxır və piyadaya dəyir

 Avtosfer.az saytına daha bir qayda pozan sürücünün videogörüntüsü göndərilib. Özü də bu, xanım sürücüdür. Ancaq xanıma yaraşmayacaq tərzdə kobud və təhlükəli avtomobil idarə edən sürücü dekabrın 7-də, saat 07:48 radələrində 10 TX 857 dövlət qeydiyyat nişanlı "Jeep" markalı avtomobillə Bəxtiyar Vahabzadə və Şəfaət Mehdiyev küçələrinin kəsişməsində digər avtomobillərin piyada zolağında hərəkət edən piyadaları yol verdiyi zaman əks yola çıxır və yolu keçməkdə olan piyadaya dəyir. Xoşbəxtlikdən piyada cəld reaksiya verir və faciə baş vermir. Hadisə digər avtomobildə olan registrator vasitəsi ilə qeydə alınıb və həmin sürücü artıq videogörüntü əsasında elektron qaydada rəsmi müraciət edib.

Ümid edirik ki, DYP rəsmiləri tezliklə həmin xanım sürücünün tapılıb ona protokol yazılmasını təmin edəcək.

Avtosfer.az videogörüntünü təqdim edir. 

 

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh