Məktəblilərin olduğu avtobus qəzaya uğradı: 2 şagird, 2 valideyn ciddi xəsarət alıb

Qəzalar 7 Dekabr 2018 12:09 Oxunub 863
Məktəblilərin olduğu avtobus qəzaya uğradı: 2 şagird, 2 valideyn ciddi xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, əlavə məlumat veriləcək

Dekabrın 7-də saat 07:45 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Binəqədi rayonu, 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, bu barədə 217 nömrəli tam orta məktəbdən Trend-ə verilən məlumata görə, qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. Onlardan 2 şagird və 2 valideyn daha ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib. 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Qəza zamanı xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstəxanasına və Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Onu da qeyd edək ki, ilkin məlumata əsasən, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, İdarənin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar. Aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, əlavə məlumat veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh