“Polestar” final sınaqlarına start verib - VİDEO

Yarışma 7 Dekabr 2018 22:22 Oxunub 1324
“Polestar” final sınaqlarına start verib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hibrid kupenin satışlarına 2019-cu ilin ikinci yarısında start veriləcək

Əvvəllər Volvo şirkətinin tərkibinə daxil olan “Polestar” markası 1 indeksli hibrid kupesinin sınaqlarını davam etdirir. Avtosfer.az autograph.az-a istinadən xəbər verir ki, artıq müstəqil istehsalçıya çevrilən “Polestar” sınaqları Hällered Proving Ground poliqonunda həyata keçirir. İsveçlilərin Electric Performance Hybrid GT adlandırdığı modelin yen sınaq fazası onun hərəkət xarakteristikalarını qiymətləndirməyi nəzərdə tutur. Bu mərhələdə mühəndislər sükan sisteminin və dartma vektoruna nəzarət sisteminin proqram təminatının final tənzimləmələrini aparırlar. Hazırda Polestar 1 kupesinin Hällered Proving Ground poliqonunda sınaqları davam edir. Sınaqlar yaş zəmində də həyata keçirilir: avtomobil yaş asfaltda 220 km/saat həddinə qədər sürətlənir. İstehsalçının seriya istehsalına doğru atacağı növbəti addım final seriyasından olan prototiplərin yığılması olacaq. Bundan sonra avtomobillərin əmtəə versiyalarının yığımına başlanacaq. Avtomobilləri isveç markasının Çendudakı zavodunda istehsal edəcəklər. Hibrid kupenin satışlarına 2019-cu ilin ikinci yarısında start veriləcək. Kupenin satış qiyməti 155 min avrodan başlayacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh