“Koenigsegg” öz rekordunu yeniləmək istəyir - VİDEO

Avtosfer Foto 8 Dekabr 2018 00:15 Oxunub 1468
“Koenigsegg” öz rekordunu yeniləmək istəyir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yerindən 100 km/saat həddinə sürətlənməyə superhibridə 2,8 saniyə tələb olunur

İsveçin hiperkarlar istehsal edən Koenigsegg firması özünə məxsus olan sürət rekordunu yeniləmək niyyətindədir. Xatırladaq ki, keçən ilin payızında “Agera RS” hiperkarı Nevada ştatının Prahramp qəsəbəsinin yaxınlığındakı şossedə 457 km/saat həddinə qədər sürətlənmişdi.

Avtosfer.az autograph.az-a istinadən xəbər verir ki, bu dəfə “Koenigsegg” təkmilləşdirilmiş Regera superhibridinin köməyi ilə yeni sürət rekordunu qeydə almaq istəyir. “TheSupercarBlog”  saytının əldə etdiyi məlumata görə, isveçlilər mühərrikin yeni proqram təminatı üzərində işləyirlər. Yeni təminat Regera modelinin sürətlənmə zamanını yaxşılaşdırmalı və sürət məhdudiyyətini 410 km/saatdan yuxarı çəkməlidir. Hibridin bəyan edilmiş sürətlənmə zamanı 20 saniyə təşkil edir ki, Agera RS modelində bu rəqəm 26,85 saniyəyə bərabərdir.

“Koenigsegg Regera” modeli tərkibinə 5,0-litrlik səkkiz silindrli biturbo mühərrik, üç elektromotor və unikal Koenigsegg Direct Drive (KDD) transmissiyası daxil olan hybrid güc qurğusu ilə hərəkətə gəlir. KDD transmissiyası dəyişən sürüşmə əmsalı olan hidromuftadan və 2,73:1 nisbətində daimi ötürücü sayı olan baş ötürmədən ibarətdir. Hibrid qurğunun ümumi hasilatı 1500 at qüvvəsi və 2000 Nm-dir. Yerindən 100 km/saat həddinə sürətlənməyə superhibridə 2,8 saniyə tələb olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh