Yol polisləri gənc qadinin həyatini xilas etdilər – Şəkidə

Yol polisi 7 Dekabr 2018 16:16 Oxunub 1873
Yol polisləri gənc qadinin həyatini xilas etdilər – Şəkidə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polislər xəstəni və onun yaxınlarını YPX avtomobili ilə həkimə çatdırıblar

Dekabrın 6-da axşam saatlarında Şəki rayonunun Suçma kənd sakinləri gənc qadının səhhətində yaranan problemlə əlaqədar onu qonşu kənddə olan tibb məntəqəsinə aparıblar. Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, ancaq orada həmin xanımın vəziyyətinin qənaətbəxş olmadığını və  təcili olaraq rayonun mərkəzi xəstəxanasına çatdırılmalı olduğunu, bunun üçün o qədər də çox vaxtlarının olmadığını bildiriblər. Avtomobillərində yaranan nasazlıqla əlaqədar onlar hərəkət edə bilməyiblər. Elə həmin vaxt kənd ərazisində xidmətdə olan Şəki şəhər Dövlət Yol Polisi bölməsinin əməkdaşları Vüqar Məmmədov və Rauf Əhmədov onlara yaxınlaşıb, vəziyyətlə maraqlanıblar.  Vaxtın daraldığını görən polis əməkdaşları xəstəni və onun yaxınlarını dərhal YPX-nin avtomobilinə əyləşdirib, rayon mərkəzi xəstəxanasına doğru hərəkət ediblər. Qadın tez bir zamanda xəstəxanaya çatdırılıb, həkimlərin də ilkin müdaxiləsi ilə onu həyatda saxlamaq mümkün olub. 
 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh