Tbilisinin mərkəzinə kanat yolu çəkiləcək

Texnologiya 7 Dekabr 2018 21:08 Oxunub 1146
Tbilisinin mərkəzinə kanat yolu çəkiləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kanat yolu ilə səkkiz sərnişin tutumu olan 34 qondol hərəkət edəcək

Tbilisidə yeni kanat yolunun çəkilməsi ilə bağlı tikinti işlərinə başlanılıb.Sözügedən kanat yolu Azadlıq meydanını Tabori dağı ilə birləşdirəcək. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb. Məlumata əsasən, üç pilləli kanat yolunun aşağı stansiyası “Luxury Collection” mehmanxanasının sonuncu mərtəbəsinə yerləşdiriləcək, orta stansiya isə Sololaksk dağındakı Konfrans Mərkəzinin Binasında salınacaq. Tikintinin layihələndirilməsi başa çatıb. Kanat yolunun ən son stansiyası isə Taboridə yerləşən mehmanxana olacaq. Kanat yolu ilə səkkiz sərnişin tutumu olan 34 qondol hərəkət edəcək və saatda minə yaxın insanı daşıma gücünə malik olacaq. Kanat yolunun layihəsi və lazımi avadanlıq bu sahə üzrə ixtisaslaşmış “Doppelmayer” Avstriya-İsveçrə şirkəti tərəfindən təchiz olunur. Montaj işləri isə Avstriyanın RMS şirkətinin öhdəsinə düşür. Layihənin ümumi investisiya məbləği 10 milyon dollardan yüksəkdir. Kanat yolunun inşası 2019-cu ilin sonuna qədər yekunlaşmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh