Polis mayoru yol qəzasında öldü – FOTO

Qəzalar 7 Dekabr 2018 20:10 Oxunub 686
Polis mayoru yol qəzasında öldü – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Azərbaycanda polis mayoru yol qəzası nəticəsində dünyasını dəyişib. Avtosfer.az-ın a24.az-a istinadən məlumatına görə, hadisə bu gün 01:30 radələrində Kürdəmir rayonunda baş verib. Belə ki, rayonun Sığırlı kəndi ərazisində Əli Qaybalıyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus “QAZel” markalı avtomobilə vurub. Nəticədə, “VAZ-21074” markalı avtomobilin sürücüsü Ə.Qaybalıyev hadisə yerində ölüb. Qeyd edək ki, polis mayoru Ə.Qaybalıyev Ağsu Rayon Polis Şöbəsinin sahə rəisidir. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh