"Mercedes" "Hyundai"a çırpıldı: tıxac yarandı - FOTO

Qəzalar 7 Dekabr 2018 20:15 Oxunub 671
"Mercedes" "Hyundai"a çırpıldı: tıxac yarandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub

Bakıda iki avtomobilin iştirakı ilə qəza baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə "İpək yolu" şosesində, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığında qeydə alınıb. Hadisəyə səbəb kimi avtomobillərin ara məsafəsi saxlamaması göstərilir. Belə ki, "Hundai" markalı avtomobil piyada zolağında əyləci basarkən arxadan gələn "Mercedes" ona çırpılıb. Qəza yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Xəsarət alanlar barədə məlumat yoxdur. Sözügedən yolda şəhər istiqamətində böyük tıxac yaranıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh