İntizamsız sürücü maşını yolun ortasında saxlayıb getdi - 002 - FOTO

Avtosfer Foto 7 Dekabr 2018 20:51 Oxunub 3108
İntizamsız sürücü maşını yolun ortasında saxlayıb getdi - 002 - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ümid edirik ki, tezliklə bu məsələlər öz həllini tapar və bu xaosa son qoyular

Avtosfer.az saytının sürücü oxucularından biri saytımıza bütün hərəkətin intensivliyinə mane olan, digər hərəkət iştirakçılarına narahatlıq yaradan sürücünün qayda pozuntusunu əks etdirən foto göndərib. Bildirir ki, 07.12.2018 tarixində 19:30 radələrində 90 GP 002 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü demək olar k ,yolun ortasında avtomobili saxlayıb və gedib. Sürücü bununla bağlı rəsmi şikayət etmək istəsə də qanunvericilik bu qayda pozuntusuna görə cərimə yazmaq səlahiyyəti olan BNA-ya sadə vətəndaş şikayəti əsasında protokol yazmağa imkan vermir. İntizamsız sürücülər də bu boşluqdan sui-istifadə edirlər. Ümid edirik ki, tezliklə bu məsələlər öz həllini tapar və bu xaosa son qoyular.

 

Kənan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh