Sumqayıtda iki maşın toqquşdu, ölən və yaralananlar var - FOTO

Qəzalar 8 Dekabr 2018 01:05 Oxunub 1011
Sumqayıtda iki maşın toqquşdu, ölən və yaralananlar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Kamaz" və "VAZ-2107" markalı avtomobillər toqquşub

Sumqayıt şəhərində baş verən qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub. Qəza zamanı Zaur Nəsibov dünyasını dəyişib, avtomobildə olan digər 3 nəfər - 1992-ci il təvəllüdlü Həsənov Orxan İmamverdi oğlu, 1985-ci il təvəllüdlü Qəhrəmanov Habil Vaqif oğlu və 1996-ci il təvəllüdlü Bəkirov Səbuhi İlqar oğlu ağır bədən xəsarətləri alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Lakin yaralılar sonradan müalicələrini davam etdirmək üçün Bakı şəhərinə göndəriliblər.

***

Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində "Kamaz" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh