Yol polisi sərxoş sürücüləri yeni aparatlarla aşkar edəcək – Alkolazer - VİDEO

Avtosfer TV 9 Dekabr 2018 17:15 Oxunub 2714
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu aparat saatda 150 ilə gedən maşının da sürücüsünün sərxoş olub-olmadığını aşkar edəcək

Spirtli içki qəbul etdikdən sonra sükan arxasına əyləşən sürücüləri müəyyən etmək daha asan olacaq. Avtosfer.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu funksiyanı yerinə yetirən alkotester cihazı vasitəsilə artıq sürücülərin ağzını iyləməyə ehtiyac qalmayacaq. Bu cihazın hazırlanması üçün Rusiyada uzun illərdir cəhdlər edilir. Lakin bundan əvvəlki ixtirada bəzi problemlər çıxmışdı. Məlum olurdu ki, cihaz sərnişin sərxoş olduqda və ya sürücü dişini çəkdirdiyi üçün ağzını spirtlədikdə də sürücünü sərxoş kimi qeydə alır. Budəfəki yenilik isə onu göstərir ki, yolların kənarında quraşdırılan həmin cihaz hərəkətdə olan maşınlardan hansının salonundan spirtli içki qoxusu gələrsə dərhal maşının nömrəsini qeydiyyata alır və bir neçə fotosunu skan edir. Qarşıda isə maşını yol polisi saxlayır və sürücü məsuliyyətə cəlb edilir. Lazer funksiyası ilə işləyən cihazın yaxşı nəticələr verəcəyini iddia edən Rusiya yol polisinin zabiti düşünür ki, bu cihazlardan gələcəkdə digər dövlətlərdə də istifadə oluna bilər.
Adıçəkilən cihaz həm də saatda 150 km/saat sürətlə gedən maşının görüntülərini çəkmək funksiyasına da malikdir.
Qeyd edək ki, Rusiyada hər il yol qəzalarında həlak olanların sayı 5 mindən çox olur. Qəzaların əksəriyyəti sərxoş sürücülər tərəfindən törədilir.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh