Yol polisi rayonlarda məktəblilər arasında təbliğat aparır - VİDEO

Yol polisi 8 Dekabr 2018 02:40 Oxunub 1633
Yol polisi rayonlarda məktəblilər arasında təbliğat aparır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tağım komandiri: “Burada məqsəd uşaqları yol qəzalarından qorumaqdır”

Bu ilin 11 ayı ərzində respublika üzrə 7 yaşa qədər piyadavurma hadisələrində 12 uşaq ölüb, 41 nəfər isə yaralanıb. 7 yaşdan 16 yaşa qədər isə 37 ölüm, 116 yaralı faktı qeydə alınıb. Bu fikirləri Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 11-cı tağımının komandiri, polis mayoru Hikmət Qafarov Cəlilabadda məktəblilərlə keçirdiyi maarifləndirici tədbirdə səslənib. Tağım komandiri bildirib ki, DYP rəhbərliyinin göstərişi ilə keçirilən bu cür görüşlər məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etməyə yönəlib. Burada məqsəd uşaqları yol qəzalarından qorumaqdır. Bunun üçün isə maarifləndirmə işlərinin aparılması vacibdir: “Bu ilin 11 ayı ərzində baş vermiş yol qəzalarında 656 nəfər dünyasını dəyişib, 1573 nəfər isə xəsarət alıb. Düşünürük ki, orta məktəblərdə keçirilən dərslərdə yol hərəkəti qaydalarına müəyyən qədər vaxt ayırmaq lazımdır ki, hadisələrin sayı azalsın. Maarifləndirmə bizim üçün çox vacibdir. Keçirilən tədbirlər uşaqlar üçün olduqca faydalıdır”.
Qeyd edək ki, bu cür tədbirlər digər orta məktəblərdə də keçiriləcək.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh