Şirvanda avtomobil piyadanı vuraraq ağır yaralayıb

Qəzalar 8 Dekabr 2018 09:05 Oxunub 670
Şirvanda avtomobil piyadanı vuraraq ağır yaralayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır

Şirvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, şəhərin “köhnə bazar” adlanan ərazisində “Ford tranzit” markalı avtomobil sərxoş vəziyyətdə olan Şirvan sakini, 1981-ci il təvəllüdlü Mənsimov Rauf Afiq oğlunu vurub. Nəticədə piyada kəllə-beyin travması diaqnozu ilə komatoz vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib. Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh