Sürət qatarı relsdən çıxdı: 14 yaralı - FOTO

Qəzalar 8 Dekabr 2018 09:11 Oxunub 972
Sürət qatarı relsdən çıxdı: 14 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alan şəxslər yüngül zədələrlə xəstəxanalara yerləşdiriliblər

Cənubi Koreyada sürət qatarının relsdən çıxması nəticəsində 14 nəfər xəsarət alıb. Avtosfer.az-"Report"a istinadən xəbər verir ki, ölkənin Kannın şəhərində paytaxt Seul istiqamətində hərəkətdə olan qatar yola düşdükdən 5 dəqiqə sonra qəzaya uğrayıb. Qatarda 198 sərnişin olub. Bildirilir ki, qatarın demək olar ki, 10 vaqonunun hamısı relsdən çıxıb. Hadisənin səbəbləri məlum deyil. Xəsarət alan şəxslər yüngül zədələrlə xəstəxanalara yerləşdiriliblər. Yerdə qalan sərnişinlər avtobuslarla digər stansiyalara aparılıblar.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh