Bakıda yolun təmirə bağlanması təxirə salındı - YENİLƏNİB

Gündəm 8 Dekabr 2018 12:15 Oxunub 1044
Bakıda yolun təmirə bağlanması təxirə salındı - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərəkətin məhdudlaşdırılması ilə bağlı yeni məlumat olan kimi bildiriləcək

Heydər Əliyev prospektinə qalxan yol qovşağının geri dönmə hissəsinin bağlanması təxirə salındı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Avtosfer.az-a verilən məlumata görə, bu gün üçün Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissənin bağlanmasının təxirə salındığı bildirilib. Hərəkətin məhdudlaşdırılması ilə bağlı yeni məlumat olan kimi paylaşılacaq.

---------

10:39

Aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissəsi tam olaraq bağlanır. Bu barədə Avtosfer.az-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib. Sürücülərdən bunu nəzərə almaları və öncədən hərəkət istiqamətlərinə uyğun digər geri dönmə hissələrdən istifadə etmələri xahiş olunur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh