Samuxda avtomobil maneəyə çırpılıb - Xəsarət alanlar var

Qəzalar 8 Dekabr 2018 11:22 Oxunub 842
Samuxda avtomobil maneəyə çırpılıb - Xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Samuxda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Avtosfer.az "qafqazinfo"ya istinadən verdiyi məlumata görə, hadisə Samux-Gəncə avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "VAZ2107"markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılması nəticəsində iki nəfər, 1991-ci il təvəllüdlü Abbasov Pərvin Zöhrab oğlu və 1985-ci il təvəllüdlü İsayeva Rəşidə Şaiq qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu biıdiriıir. Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh