“Fiat” “500” modelinin elektrik versiyasını istehsal edəcək

Avtoxəbər 8 Dekabr 2018 23:35 Oxunub 1107
“Fiat” “500” modelinin elektrik versiyasını istehsal edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət dizel mühərriki ilə işləyən avtomobillərin istehsalını dayandırmaq niyyətindədir

“Fiat Chrysler” avtomobil şirkəti İtaliyada Fiatın məşhur “500” modelinin elektrik versiyasını istehsal edəcək. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, kompakt görünüşə malik avtomobil ölkənin cənubunda Turin şəhərinin “Mirafiori” sənaye bölgəsində istehsal olunacaq. Şirkətin baş direktoru Mayk Menli və Avropa üzrə rəhbəri Pyetro Qorilyer 2019-2021-ci illərdə 5 milyard avrodan çox investisiya yatırtmaqla İtaliyada 13 yeni avtomobil modeli istehsal ediləcəyini söyləyiblər. Fiatın “500” modelindən başqa, “Alfa Romeo Stelvio SUV” və “Jeep Compass” avtomobillərinin istehsalına da start veriləcəyi bildirilir. Şirkət dizel mühərriki ilə işləyən avtomobillərin istehsalını dayandırmaq niyyətindədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh