Şəkidə yol polisləri ağır xəstəni tibb məntəqəsinə son anda çatdırdılar - VİDEO

Yol polisi 9 Dekabr 2018 00:00 Oxunub 1450
Şəkidə yol polisləri ağır xəstəni tibb məntəqəsinə son anda çatdırdılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ağır vəziyyətdə olan xəstəni xidməti avtomobilində xəstəxanaya çatdırıblar

Bu dəfə Şəki polisi vətəndaşa qarşı nümunəvi addım atdı. Ağır vəziyyətdə olan xəstəni xidməti avtomobilində xəstəxanaya çatdırıblar..

 

Avtosfer.az">Avtosfer.az-ın xəbərinə görə, Şəki rayonunun Suçma kənd sakinləri gənc qızın səhhətində yaranan problemlə əlaqədar onu qonşu Dəhnə kəndindəki tibb məntəqəsinə aparıblar.

 

Ancaq orada həmin xanımın vəziyyətinin qənaətbəxş olmadığı və təcili olaraq rayonun mərkəzi xəstəxanasına çatdırılmalı olduğu bildirilib. Xəstəni aparan avtomobil yolda xarab olub. Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları Vüqar Məmmədov və Rauf Əhmədov onların köməyinə gəliblər.

 

Gecə saatlarında havanın qatı dumanlı olmasına baxmayaraq, xəstə qısa vaxtda tibb ocağına çatdırılıb. Xəstənin vəziyyəti daha da pisləşməmiş həkimlər ona müdaxilə ediblər.

 

Polislər sonradan yenidən xəstəxanaya gələrək həmin xəstəyə baş çəkiblər. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh