Yol polisi nişan problemini həll etdi - 70-lə gedin - FOTO

Avtoxəbər 9 Dekabr 2018 03:21 Oxunub 2012
Yol polisi nişan problemini həll etdi  - 70-lə gedin - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Külək firladıbmış

Bakı-Ələt yolunda yolun sağ tərəfinə 70, sol tərəfinə isə 90 km/saat sürət nişanı qoyulması barədə telekanallarda və sosial şəbəkələrdə yayılan xəbərə Baş Dövlət Yol Polisi İdarəsi aydınlıq gətirib. İdarədən Avtosfer.az-a bildirilib ki, həmin 90 km/saat nişanı əks istiqamətə aiddir. Sadəcə olaraq ərazidə təmir işləri aparılan zaman müvəqqəti nişan qoyulub və daimi nişanlar təmirdən sonra bərpa edilib. Soldakı nişan dirəyə boş bağlandığı üçün külək onu çevirib və bəzi sürücülər bunu yalnışlıq kimi qəbul edib. Lakin DYP bildirir ki, artıq nişanlar qaydaya salınıb və ərazidə sadəcə 70 km/saat sürəti bildirən nişan görünür. DYP sürücüləri sürət həddinə əməl etməyə və belə hallarla rastlaşdıqda Baş İdarənin 902 qaynar xətt nömrəsinə zəng edib məlumat verməyə çağırır.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh