Piyada ölümünə görə məhkum edilmiş şəxs növbəti faciəyə səbəb oldu

Qəzalar 9 Dekabr 2018 11:13 Oxunub 801
Piyada ölümünə görə məhkum edilmiş şəxs növbəti faciəyə səbəb oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda sürücünün saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir

Şirvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.Az report-a istinadən bildirir ki, yerli sakin Mustafayev Təbriz İlham oğlu Heydər Əliyev prospektində idarə etdiyi "VAZ-2106" markalı "18-BC-908" dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Şirvan sakini İsmayılov Mehrac İxtiyar oğlunu vuraraq hadisə yerindən qaçıb. Sonuncu ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, hadisəni törədən şəxs əvvəllər piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsinə görə məhkum edilib. Həmçinin avtoxuliqan kimi bir neçə dəfə inzibati qaydada məsuliyyətə cəlb olunub.

 

Hazırda sürücünün saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

 

Faktla bağlı Şirvan polisi tərəfindən araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh