Kafedra müdiri: "Ədəbi dilin televiziya və radiolarda bərbad hala salınması adiləşib"

Gündəm 9 Dekabr 2018 11:50 Oxunub 695
Kafedra müdiri: "Ədəbi dilin televiziya və radiolarda bərbad hala salınması adiləşib"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Maraqlı cəhət odur ki, həmin kontingent "təvazökarcasına" danışıq dilini, xalq dilini aktuallaşdırırıq"

Son illərdə ictimaiyyəti narahat edən başlıca məsələlərdən biri Azərbaycan ədəbi dilinin kütləvi informasiya vasitələrində, xüsusilə televiziyalar və radiolarda, sözün birbaşa mənasında, bərbad hala salınması, az qala adiləşib.

 

Avtosfer.Az report-a istinadən bildirir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili kafedrasının müdiri Mahirə Hüseynova "Xalq qəzeti"ndə dərc olunan məqaləsində yazıb.

 

Onun sözlərinə görə, dil təəssübü çəkən ziyalılarımızı narahat edən faktor təkcə həmin informasiya vasitələri üçün "sevimli və aktual olan" mövzular və onların təqdimat formaları deyil, bu mövzuları hansı şəkildə auditoriyaya çatdırılan Azərbaycan dilidir:

 

"Maraqlı cəhət odur ki, həmin kontingent "təvazökarcasına" danışıq dilini, xalq dilini aktuallaşdırırıq - deyərək özlərinə bəraət də qazandırdıqlarının şahidi oluruq. Əlbəttə, bütün bunlar ictimaiyyətin və müvafiq qurumların fəal müqaviməti fonunda baş verənlərdir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh