Gəncədə ağır yol qəzası baş verib

Qaydalar 9 Dekabr 2018 12:58 Oxunub 1818
Gəncədə ağır yol qəzası baş verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verilib

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Nizami rayonunda "Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib Avtosfer.az xəbər verir ki, bu haqqda  FHN-dən məlumat verilib. Məlumata görə, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Hərəkətdə olan iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində üç nəfər- 1993-cü il təvəllüdlü Urfan Mahmudov, 1986-cı il təvəllüdlü Mirzəli Niyazov və 1997-ci il təvəllüdlü Elgün Məmmədov bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Qəza zamanı avtomobildə sıxılmış halda qalmış xəsarət alanlardan birini əraziyə cəlb edilən FHN-nin xilasedicəli çıxarıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh