Şirvanda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

Qəzalar 9 Dekabr 2018 13:11 Oxunub 1022
Şirvanda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Şirvan polisi tərəfindən araşdırma aparılır

Şirvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, yerli sakin Mustafayev Təbriz İlham oğlu Heydər Əliyev prospektində idarə etdiyi "VAZ-2106" markalı "18-BC-908" dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Şirvan sakini İsmayılov Mehrac İxtiyar oğlunu vuraraq hadisə yerindən qaçıb. Sonuncu ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qeyd edək ki, hadisəni törədən şəxs əvvəllər piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsinə görə məhkum edilib. Həmçinin avtoxuliqan kimi bir neçə dəfə inzibati qaydada məsuliyyətə cəlb olunub. Hazırda sürücünün saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir. Faktla bağlı Şirvan polisi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh