Babək prospektində sürücülər məcburən qayda pozurlar - VİDEO

Avtoxəbər 9 Dekabr 2018 23:15 Oxunub 1103
Babək prospektində sürücülər məcburən qayda pozurlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəticədə sürücülər 40 manat miqdarında cərimə edilir

Bakının ən böyük prospektlərindən biri olan Babək prospektində yeni təmir olunan yolda sürücülər məcburiyyətdən qayda pozmalı olurlar. Belə ki, Ağ şəhər istiqamətindən gəlib geriyə manevr etmək istəyən sürücülər zolağın darlığı səbəbindən düz xəttin üzərindən keçirlər. Nəticədə də sürücülər 40 manat miqdarında cərimə edilir. Avtosfer.az xəbər verir ki, yolda manevr edib geriyə dönmək istəyən sürücülər məcburiyyətdən nişanlanma xəttinin tələbini pozur. Belə olan halda isə yol polisi həmin sürücüləri 40 manat miqdarında cərimə edir. Xüsusən də ölçüsü böyük olan avtomobillər bu problemlə daha çox qarşılaşırlar. Belə olan halda isə sürüclər nişanlama xəttinin tələbini pozduğuna görə onlar barəsində 40 manat miqdarında cərimə yazılır.

Sürücülər deyir ki, həmin nişanlama xətti ya ləğv edilməli, ya da yol genişləndirilməlidir ki, onlar rahat manevr edə bilsinlər.

Yol hərəkəti üzrə ekspertlər isə bildirirlər ki, həmin yolun təşkilində səhvə yol verilib. Belə ki, əgər sürücü manever edən zaman məcburiyyətdən nişanlanma xəttinin tələbini pozursa yol polisi həmin sürücüləri cərimə edə bilməz. Ekspertlər tövsiyyə edirlər ki, həmin düz xəttin qırıq-qırıq xətlə əvəz edilməsi daha məqsədə uyğun olar. Belə olan halda sürücülər manevr edən zaman problemlə qarşılaşmayacaqlar.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sabahdan problemin qarşısını almaq üçün əməkdaşlar yola baxış keçirəcəklər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh