Restoranlar yeni ilə xüsusi proqramla hazırlaşır - Qiymətləri siz də görün... - VİDEO

Avtosfer TV 9 Dekabr 2018 23:33 Oxunub 1103
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir nəfər üçün qiymət əsasən 80-120 manat arasında dəyişir

Bakıda restoranlar yeni ilə xüsusi proqramla hazırlaşır. Restoranlar indidən 31 dekabr gecəsini əyləncəli etmək üçün bir-birindən fərqli və cəlb edici proqramlar hazırlayıb

 

Demək olar ki, əksər restoranlarda 31 dekabr gecəsi şənlik proqramı təşkil olunacaq və insanlar canlı musiqinin sədaları altında əylənəcəklər. Qiymətlər isə restoranlarda göstəriləcək xidmətlərə və müğənnilərə görə dəyişəcək. Bir nəfər üçün qiymət əsasən 80-120 manat arasında dəyişir.

 

Restoran inzibatçıları deyirlər ki, təlabat çox olduğundan sifarişləri bilet satışı ilə həyata keçirirlər

 

Bəzi restoranlarda isə qiymətlər daha da bahadır. Məsələn qiyməti 150-250 manat müəyyən edənlər də var. Bunun isə başlıca səbəbi gecəyə xaricdən müğənnilərin dəvət olunmasıdır.

 

Qeyd edək ki, bir çox restoranda yeni il şənliyi əsasən saat 20:00-da başlayacaq və səhər saatlarına qədər davam edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh