Qazaxda 64 yaşlı kişini maşın vurub

Qəzalar 10 Dekabr 2018 01:16 Oxunub 748
Qazaxda 64 yaşlı kişini maşın vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib

Qazaxda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Hadisə rayonun Aslanbəyli kəndində baş verib. Hərəkətdə olan “VAZ2107” markalı avtomobil piyada, Yuxarı Salahlı kənd sakini,1954-cü il təvəllüdlü Ümidov Abdulla Meydanəli oğlunu vurub. Bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

 

“Qafqazinfo”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh