Gəncədə yüksək sürət yol qəzasına səbəb oldu - FOTO

Qaydalar 10 Dekabr 2018 01:44 Oxunub 1305
Gəncədə yüksək sürət yol qəzasına səbəb oldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanı törədən avtomobil hadisə yerindən uzaqlaşıb

Gəncə şəhərində avtomobil qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, 28 May küçəsində yüksək sürətlə hərəkətdə olan naməlum avtomobil qarşıdan gələn "Opel" markalı maşını vuraraq yoldan çıxarıb. Nəticədə "Opel" yol kənarındakı ağaca çırpılıb. Qəzanı törədən avtomobil hadisə yerindən uzaqlaşıb. Nəticədə xəsarət alan olmasa da, "Opel"ə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh