Bakıda sürücülərdən pul yığanların videosu yayıldı – VİDEO

Avtosfer TV 10 Dekabr 2018 01:51 Oxunub 1702
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Parkinqlərdə qanunsuz pul yığanlar vaxtı ötmüş vəsiqə göstərirlər

Bakıda dayanma-durma və parklanma qaydalarının təşkili və ona nəzarət Bakı Nəqliyyat Agentliyinə verilsə də hələ də parkinqlərdə sürücülərdən qanunsuz yolla pul yığanlar fəaliyyət göstərir və onlarən BNA-ya heç bir aidiyyatı yoxdur. Avtosfer.az xəbər verir ki, həmin şəxslərin əksəriyyəti əvvəllər parkinqlərə nəzarət edən Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqəliyyat İdarəsinin (XTAİ) əməkdaşlarıdır. Onlar hətta ciddi görkəm almaq üçün xüsusi jiletlər geyinir, yaxalarına vəsiqə asır və əllərindəki hansısa cihazı sürücülərə göstərərək qanunsuz ödəniş tələb edirlər. Əks halda isə cərimə yazacaqlarını söyləyirlər. Onlar hətta sürücülərə çek də təqdim edirlər. Lakin çekin üzərində heç bir məbləğ göstərilmir. Hansı ki, hazırda BNA parkinqlərə nəzarət etmədiyi üçün sürücülərdən pul yığılması və ödəniş edilmədiyi halda cərimə yazılacağı barədə xəbərdarlıq tam qanunsuzdur. Bunu ancaq BNA əməkdaşı edə bilər. Lakin BNA hələ ki, bu işi təşkil etməyib. Təşkil etdikdə ictimaiyyətə geniş məlumat veriləcək.
Avtosfer.az-ın təqdim etdiyi videonu yayan Fərid adlı sürücü parkinqə nəzarət edən şəxsdən vəsiqəni tələb edir. Məlum olur ki, vəsiqə 2016-cı ilə aiddir. Həmin şəxs bildirir ki, onlar heç kimdən özbaşına pul tələb etmirlər. Onlara burada dayanıb sürücülərdən parkinq üçün pul yığmağı təşkil edənlər.
Düşünürük ki, hüquq-mühafizə orqanları bu məsələni ciddi nəzarətə götürməlidir. Çünki söhbət 20-30 qəpikdən yox, gün ərzində Bakı şəhərində parkinqlərdən yığılan minlərlə manatdan gedir…

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh