Qazaxda sərxoş piyadanı avtomobil vurub

Qəzalar 10 Dekabr 2018 01:57 Oxunub 820
Qazaxda sərxoş piyadanı avtomobil vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun vəziyyətinin hazırda orta-ağır olduğu bildirilir

Qazax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə yerli sakin Hacıməmmədov Nurlan Məcid oğlunun "VAZ" markalı avtomobillə Aslanbəyli kəndi ərazisində hərəkətdə olan zaman qeydə alınıb. Rayonun 1954-cü il təvəllüdlü Yuxarı Salahlı kənd sakini Umudov Abdulla Meydanəli oğlu sərxoş halda qəflətən avtomobilin önünə çıxıb. Nəticədə maşın onu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada elə sürücü tərəfindən Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb. Onun vəziyyətinin hazırda orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh