Goranboyda ağır qəza - Sürücü möcüzə nəticəsində sağ çıxdı - VİDEO

Avtosfer TV 10 Dekabr 2018 02:18 Oxunub 1108
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəmir parçası avtomobilin ön hissəsindən girib və arxa şüşəsindən çıxıb

Goranboyda dumanlı hava şəraiti ağır qəzaya səbəb olub. Hadisə ötən gecə Bakı-Qazax avtomagistalının Goran qəsəbəsindən keçən hissəsində baş verib. Qatı duman görməni məhdudlaşdırdığından minik avtomobili dəmir araskəsmələrə çırpılıb. Qəza zamanı uzunluğu 4 metrə yaxın olan dəmir parçası avtomobilin ön hissəsindən girib və arxa şüşəsindən çıxıb. Zərbənin gücündən avtomobilin sol təkəri qırılaraq bir neçə metr kənara düşüb. Hadisə zamanə avtomobildə təkcə sürücü olub və möcüzə nəticəsində maşından sağ çıxıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh