Messi 15 milyon dollara təyyarə aldı - FOTO

Gündəm 10 Dekabr 2018 23:42 Oxunub 725
Messi 15 milyon dollara təyyarə aldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
16 oturacaqlı lüks təyyarədə 2 hamam otağı və 2 mətbəx mövcuddur

"Barselona"nın futbolçusu Lionel Messi şəxsi təyyarə alıb. Avtosfer.az bildirir ki, "Qafqazinfo" "AS" qəzetinə istinadən xəbər verir ki, bu barədə Argentinanın "Doble Amarilla" saytı məlumat yayıb. Məlumata görə, argentinalı futbolçu "2004 Gulfstream V" təyyarəsi üçün 15 milyon dollar ödəyib. 16 oturacaqlı lüks təyyarədə 2 hamam otağı və 2 mətbəx mövcuddur. Messi təyyarənin quyruq hissəsində forma nömrəsi olan 10 rəqəmini yazdırıb. Bundan başqa, təyyarənin pilləkənlərinə isə ailə üzvlərinin adlarını (Leo, Antonella, Tyaqo, Ciro və Mateo) həkk etdirib. Ulduz futbolçunun bu təyyarəni daha çox Argentina və İspaniya arasındakı uçuşlarda istifadə edəcəyi bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh