İt sahiblərini külə dönmüş evləri yanında bir aya yaxın gözlədi

Gündəm 10 Dekabr 2018 23:35 Oxunub 573
İt sahiblərini külə dönmüş evləri yanında bir aya yaxın gözlədi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanğın nəticəsində 85 nəfər ölüb, 14 minə yaxın ev, 528 kommersiya binası və 4 min digər tikili dağılıb

Kaliforniyada it sahiblərini bir aya yaxın onların ştatda baş verən güclü yanğınlardan öncə evləri olduqları yerdə gözləyib. Avtosfer.az xəbər verir ki, bu barədə Trend FOX8 telekanalına istinadən xəbər verir. Qeyd olunur ki, Medison adlı it sanki "keçmiş evini qoruyurdu". Sahibsiz itlərin xilas olunması üzrə yerli təşkilatın əməkdaşı mütəmadi olaraq iti yemləyib.

Xatırladaq ki, Kaliforniyada noyabrın 8-də güclü meşə yanğınları başlamışdı. Yanğın ştatın tarixinə ən dağıdıcı yanğın kimi düşüb. O yalnız noyabrın 25-də lokallaşdırılıb. Son məlumatlara əsasən, yanğın nəticəsində 85 nəfər ölüb, 14 minə yaxın ev, 528 kommersiya binası və 4 min digər tikili dağılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh