“Bizim polisimizə lağ edənlərin polisi görün nələr edir”

Gündəm 10 Dekabr 2018 07:15 Oxunub 529
“Bizim polisimizə lağ edənlərin polisi görün nələr edir”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Avropa küçələrindəki görüntüləri narahatlıqla izləyirik

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanı bürüyən “sarı jiletlilər”in üsyanından danışıb. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Ərdoğan Fransada baş verənləri Türkiyənin 15 iyul hadisələri ilə müqayisə edib: “Bunlar 15 iyulda bizə qarşı edilənlərə səssiz qalanlardır. Ölkəmizin küçələrini atəşə və qana boğmağa çalışanlara qarşı səssiz qalanlar, görün indi nə vəziyyətdədirlər. Paris başda olmaqla, bir çox Avropa şəhəri qarışmış vəziyyətdədir. Media nümayişçilərə qarşı polisin şiddətli davranışlarının görüntüləri ilə doludur. Bizim polisimizi lağa qoyanların, onların zülm etdiyini iddia edənlərin indi öz polisləri görün nələr edir. Bizim polisimiz mərhəmətlidir. Avropa küçələrindəki görüntüləri narahatlıqla izləyirik”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh