Qar və çovğuna görə 1,3 mindən çox aviareys təxirə salınıb

Gündəm 10 Dekabr 2018 07:39 Oxunub 496
Qar və çovğuna görə 1,3 mindən çox aviareys təxirə salınıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hava şəraiti 500 min insanı işıqsız qoya bilər

ABŞ-ın Şimali və Cənubi Karolina ştatlarında qar və çovğuna görə 300 mindən çox enerji təchizatının pozulması faktı qeydə alınıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, oxşar hallar Alabama, Corciya, Tennesi və Virciniya ştatlarında da baş verib. Şimali Karolina ştatının qubernatoru deyib ki, hava şəraiti 500 min insanı işıqsız qoya bilər. Ştatın "Şarlott" adlı hava limanında qara görə mindən çox aviareys təxirə salınıb. "The New York Times" qəzetinin məlumatına görə, Şimali və Cənubi Karolinanın bütün hava limanlarında bu göstərici 1,3 minə bərabərdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh