Metronun yenidən qurulması üçün 250 milyon avro ayrılacaq

Gündəm 10 Dekabr 2018 08:05 Oxunub 728
Metronun yenidən qurulması üçün 250 milyon avro ayrılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Budapeşt İnkişaf Şurası adlı orqanın yaradılmasını dəstəklədiyini bildirib

Macarıstan hökuməti Budapeşt metropoliteninin üçüncü xəttinin yenidən qurulmasına dəstək məqsədilə 80 milyard forint (təqribən 250 milyon avro) vəsait ayıracaq. Macarıstan hökuməti paytaxtda iri investisiyaların əlaqələndirilməsi üçün Budapeşt İnkişaf Şurası adlı orqanın yaradılmasını dəstəklədiyini bildirib. Baş nazirin ofisinin rəhbəri Gergey Qulyaş jurnalistlər üçün növbəti brifinqdə bu haqda məlumat verərək bildirib ki, belə bir şuranın yaradılması haqqında sazişi Budapeşt meri İştvan Tarloş və Macarıstanın baş naziri Viktor Orban imzalayacaqlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh