Xəzərdə köməksiz vəziyyətdə qalan iki balıqçı xilas edilib

Gündəm 10 Dekabr 2018 09:38 Oxunub 670
Xəzərdə köməksiz vəziyyətdə qalan iki balıqçı xilas edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərhəd gözətçi gəmisi tərəfindən keçirilən xilasetmə tədbiri nəticəsində

Xəzər dənizinin cənub istiqa­mətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gə­mi­si tərəfindən Salyan reydi Karaqedov bankasının şimalında, sa­hildən 8,3 mil məsafədə hərəkətsiz balıqçı qayığında 2 nəfərin avar ilə “kömək edin” işarəsini göstərmələri müşahidə edilib. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, sərhəd gözətçi gəmisi tərəfindən keçirilən xilasetmə tədbiri nəticəsində texniki nasazlıq səbəbindən dənizdə qalan “MA-10181” bort nömrəli “Yamaha - 40” mühərrikli balıqçı qayığı yedəyə alınıb və 2 nəfər balıqçı xilas edilb. DSX-nin Sahil Mühafizəsinin hərbi qulluqçuları tərəfindən xilas edilən şəxslərin Neftçala rayonunun sakinləri 1970-ci il təvəllüdlü Rüstəmov Əli Rəfayıl oğlu və 1991-ci il təvəl­lüdlü Cəfərov Elnur Eldar oğlu olmaları müəyyən edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh