Polis qanunsuz saxlanılan silahları aşkar edərək götürüb

Gündəm 10 Dekabr 2018 10:54 Oxunub 497
Polis qanunsuz saxlanılan silahları aşkar edərək götürüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər üç faktla bağlı araşdırma aparılır

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi İslamovdan “Naqan” markalı tapança aşkarlayaraq götürüblər.  Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları Bəylik kənd sakini Zamiq Yolçuyevdən, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları isə Qüdasar kənd sakini Qabil Quliyevdən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngləri götürüblər. Hər üç faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh