Santa-Klausun olmadığını dedi: həbs olundu

Gündəm 10 Dekabr 2018 23:08 Oxunub 579
Santa-Klausun olmadığını dedi: həbs olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həbs olunan dini fanata hansı cəzanın veriləcəyi məlum deyil

ABŞ-ın Texas ştatında uşaqlara Santa-Klausun əslində mövcud olmadığını deyən dini fanat həbs olunub. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda “NBCDWF.com” məlumat yayıb. Aaron Urbanski adlı həmin şəxs və daha iki fəal Klibern şəhərində “Santa ilə səhər yeməyi” adlı tədbirinin keçirildiyi Sent Mark metodik kilsənin qarşısına toplaşıb. Onlar tədbirə gələn uşaqlara yaxınlaşaraq, Santa-Klausun qondarma olduğunu, əksinə, İsa Məsihin real insan olduğunu söyləyiblər. Polisdən bildiriblər ki, kilsə rəhbərliyi bir neçə dəfə onların ərazidən uzaqlaşmasını tələb edib. Digər iki fəal göstərişə əməl etsə də, Urbanski inad göstərib və təbliğatı davam etdirib. Analardan birinin sözlərinə əsasən, həmin şəxslər onların qarşısını kəsərək “Siz necə valideynsiniz ki, uşaqlarınıza Santa-Klausa inanmağa qoyursunuz, onlar heç olmasa, İsanın kim olduğunu bilirlər?”, - deyə məzəmmət dolu suallar yağdırıblar.  Qadınların buna etirazından sonra o daha da hiddətlənərək, Santa-Klausun mövcud olmadığını car çəkməyə başlayıb. Həbs olunan dini fanata hansı cəzanın veriləcəyi məlum deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh