Söyüşə görə adam bıçaqlayan yeniyetməyə şərti cəza verilib

Gündəm 10 Dekabr 2018 11:31 Oxunub 589
Söyüşə görə adam bıçaqlayan yeniyetməyə şərti cəza verilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin hökmü ilə N.Nurəhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nurəhməd Nurəhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Nurəhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tədbiq edilib və N.Nurəhmədova şərti cəza verilib. Qeyd edək ki, hadisə bu il Bakı şəhərinin Binəqədi rayonunda baş verib. Paytaxt sakini N.Nurəhmədov Xəqani Tağıyevi bıçaqlanıb. Daha sonra hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə N.Nurəhmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Məlum olub ki, X.Tağıyev N.Nurəhmədovun yaşadığı evin qarşısından keçən zaman söyüş söyüb. Tərəflər arasında mübahisə düşüb. Nəticədə N,Nurəhmədov X.Tağıyevi bıçaqlayıb. N.Nurəhmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib. Onun barəsində polis nəzarətində qətimkan tədbiri seçilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh