Evdən 5 kq-dan çox narkotik vasitə aşkarlanıb - Ağcabədidə

Gündəm 10 Dekabr 2018 11:38 Oxunub 650
Evdən 5 kq-dan çox narkotik vasitə aşkarlanıb - Ağcabədidə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır

Ötən gün Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Asəf Qafarov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə A.Qafarovun yaşadığı evdən isə daha çox - çəkisi 5 kiloqram 150 qram olan marixuana da polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh