“NİVA”dan külli miqdarda pirotexniki vasitə aşkarlandı - FOTO

Gündəm 10 Dekabr 2018 11:45 Oxunub 564
“NİVA”dan külli miqdarda pirotexniki vasitə aşkarlandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 2121" markalı avtomobilə "Qırmızı Körpü" gömrük postunda gömrük baxışı həyata keçirilib. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, yanacaq çəninin içərisindən üzərində "Picolo Corsar" yazısı olan 130 qutu pirotexniki vasitələr aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh