Robert Kubitsa: “Məmnuniyyətlə Bakı yollarında maşın sürərdim”

Yarışma 10 Dekabr 2018 22:55 Oxunub 1401
Robert Kubitsa: “Məmnuniyyətlə Bakı yollarında maşın sürərdim”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bu il məqsədimə çatmaq üçün ilk addımımı atdım”

Növbəti ildə Robert Kubitsa “Williams” komandasının üzvü kimi “Formula-1” yarışlarına qayıdacaq. İdmançı 2018-ci ildə nə ilə məşğul olduğunu və növbəti mövsümdən gözləntilərini bölüşüb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı F1news.ru məlumat yayıb.  “Uzun yol keçmişəm və bu səyahət xoşbəxt sonlandı. Bunu ən böyük uğurum hesab edirəm, ancaq indi qarşımda çətin tapşırıq var. Əlbəttə, əvvəllər hansısa yollarda yaxşı çıxış etmişəm, yenidən sükan arxasına keçmək istəyirəm. Ancaq əvvəllər olmadığım bəzi yollarda çox böyük məmnuniyyətlə avtomobil idarə edərdim. Buna misal kimi Bakını göstərmək olar. Mənə iki məsələ yardımçı oldu. Birincisi, xoşbəxtəm ki, yenidən bu işə qayıtmışam. İkincisi, etiraf etməliyəm ki, bu il avtomobilimiz elə də yaxşı deyildi. Bu il məqsədimə çatmaq üçün ilk addımımı atdım”, - R.Kubitsa deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh