Mağazadan 8000 manatlıq parfümeriya məhsulları oğurlanıb

Gündəm 10 Dekabr 2018 12:24 Oxunub 531
Mağazadan 8000 manatlıq parfümeriya məhsulları oğurlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oğurluqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb

Bakıda mağazadan 8000 manatlıq parfümeriya məhsulları oğurlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.  Belə ki, Nəsimi rayon Polis idarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən dekabrın 9-na keçən gecə rayon ərazisindəki mağazaların birindən 8000 manat dəyərində parfümeriya məhsulları oğurlamaqda şübhəli bilinən Sumqayıt və Gəncə şəhər sakinləri olan 2 yeniyetmə saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh