Transformatordan oğurluq etdi, tutuldu

Gündəm 10 Dekabr 2018 13:05 Oxunub 530
Transformatordan oğurluq etdi, tutuldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Göyçay rayonunda dövlət binasından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, Qızılağac kəndi ərazisindəki mağazaların birinin həyətində olan transformatorun alüminiumdan olan sarğısını sökərək oğurlamaqda şübhəli bilinən Fərid Hacıyev saxlanılıb. Araşdırmalarla Çayarxı kənd sakini olan F.Hacıyevin digər əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb. Onun həmkəndlisi Rəşad Əliyevlə birgə şəhərdəki inzibati binaların birindən 95 ədəd isitilik radiatorunu, 258 metr metal su borusunu və məişət əşyalarını oğurlamağa cəhd göstərdikləri müəyyən edilib. Görülmüş tədbirlərlə R.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh