Bakı metrosunda qadının halı pisləşdi

Gündəm 10 Dekabr 2018 13:41 Oxunub 646
Bakı metrosunda qadının halı pisləşdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“O, rahat vəziyyətdə öz yoluna davam edib”

Dünən metronun “Xalqlar Dostluğu” stansiyasında bir qadının halı pisləşib. Avtosfer.az-ın məlumatına görə, o, platformada huşunu itirərək yerə yıxılıb. Təxminən 30-35 yaşlarında olan qadın 15 dəqiqəyə yaxın huşsuz vəziyyətdə qalıb. Hadisə ilə bağlı “Bakı Metropliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov oxu.az-a açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə dünən saat 19:25-də metronun “Xalqlar Dostluğu” stansiyasında qeydə alınıb: “Sərnişinlərdən birinin halı pisləşib. Hadisə zamanı xanımın yanında olan şəxs onun epilepsiya xəstəsi olduğunu deyib. Metropoliten işçiləri ilkin yardım göstəriblər, daha sonra təcili yardım briqadası çağırılıb. Xanım özünə gəlib. Rahat vəziyyətdə öz yoluna davam edib”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh