Yüzlərlə sakin soyunub mərkəzi küçələrə axışdı - FOTO

Maraqlı 11 Dekabr 2018 01:21 Oxunub 1376
Yüzlərlə sakin soyunub mərkəzi küçələrə axışdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yarışda iştirak edənlər 10 km məsafə qət ediblər

Macarıstanda ənənəvi "Santa Run" xeyriyyə tədbiri keçirilib. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, yüzlərlə sakin soyuq havada alt paltarında Budapeşt küçələrinə yığışaraq festivalda iştirak ediblər. Başlarına santa-klaus papağı qoyan yerli sakinlər xeyriyyə məqsədi ilə soyunaraq küçələrə axışıblar. İştirakçıların bəziləri rəqs edib, qaçıb-oynayıb, deyib-gülüb, bəziləri isə, sadəcə, pul verməklə kifayətləniblər. Onlar aid olduqları xeyriyyə qurumlarının adlarını mürəkkəblə qarınlarına yazıblar. Hətta tədbirə ev heyvanlarını da gətirənlər olub. Yarışda iştirak edənlər 10 km məsafə qət ediblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh