Azərbaycanda 1625 sürücüyə “jalüz-pərdə protokolu” yazıldı 

Yol polisi 10 Dekabr 2018 14:10 Oxunub 1172
Azərbaycanda 1625 sürücüyə “jalüz-pərdə protokolu” yazıldı 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Noyabrın 15-dən dekabrın 9-na kimi

“Noyabrın 15-dən dekabrın 9-na kimi qanunla qadağan olunmuş jalüz və nəqliyyat vasitəsinin ban şüşələrinə tətbiqinə icazə verilməyən ötrüklərin çəkilməsinə görə 1625 protokol tərtib edilib”. Avtosfer.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusunu cavab verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik leytenantı Rüfət Quliyev deyib.

Xatırladaq ki, avtomobillərin arxa yan şüşələrinə jalüzlərin taxılmasına yalnız mayın 1-dən noyabrın 15-dək icazə verilir. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.4 maddəsinə əsasən Nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə 150 manat cərimə nəzərdə tutulur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh