Prokuror 20 min dollar borca görə əmisi oğlunu bıçaqlayan alverçiyə cəza istəyib

Gündəm 10 Dekabr 2018 14:15 Oxunub 572
Prokuror 20 min dollar borca görə əmisi oğlunu bıçaqlayan alverçiyə cəza istəyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin növbəti iclası dekabrın 17-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində borca görə əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən İsmayıl Hümbətovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, zərərçəkmiş Vasif Hümbətov məhkəməyə ərizə ilə müraciət edib. O, müraciətində təqsirləndirilən İ.Hümbətovla barışdığını, əmisi oğluna həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edib. Daha sonra məhkəmə istintaqı başa çatıb. Prokuror çıxışında İ.Hümbətovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası dekabrın 17-nə təyin edilib. İttiham aktına əsasən, bazarda alverçi olan İ.Hümbətov xaricdən meyvə-tərəvəz gətirməklə məşğul olan əmisi oğlu Vasif Hümbətovu 20 min dollar borca görə bıçaqlayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh