Yolu keçmək istəyən iki qadını avtomobil vurub - Balakəndə

Qəzalar 10 Dekabr 2018 15:00 Oxunub 560
Yolu keçmək istəyən iki qadını avtomobil vurub - Balakəndə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Balakəndə yolu keçmək istəyən iki qadını avtomobil vurub. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə günorta saatlarında Balakən şəhər ərazisində baş verib. Balakən rayon sakini idarə etdiyi “Mitsubishi” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar, rayonun Qaravəli kənd sakinləri - 2000-ci il təvəllüdlü Əfsanə Ziyaviddin qızı Qurbanova və Fatimə Ramazan qızı Rəsulovanı vurub. Yaralılar dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.  Ə.Qurbanovaya qapalı kəllə-beyn travması və beyin silkələnməsi dioqnozu qoyulub, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində, F.Rəsulovanın müalicəsi isə Cərrahiyyə şöbəsində aparılır.  Ə.Qurbanova və F.Rəsulovanın yaxın qohum, gəlin-baldız olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh